Cəmiyyət, Siyasət 14 Sentyabr 2021, 14:25 | Baxış sayı: 364
“Ermənistan bölgədə bic doğulmuş uşaqdır və bu uşağın doğulmasında kimin daha çox rolu olduğunu hələ də heç kəs bilmir”

“Ermənistan bölgədə bic doğulmuş uşaqdır və bu uşağın doğulmasında kimin daha çox rolu olduğunu hələ də heç kəs bilmir”

Bu sözləri Milli Məclisin deputatı Əziz Ələkbərli Redaktor.az-a açıqlamasında  bildirib. O qeyd edib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Cənubi Qafqazın yeni tarixini yazdı, bundan sonrakı geopolitik mənzərəsini müəyyən etdi. Onun fikrincə, yerdə qalan nə varsa, elə bir ciddi əhəmiyyət kəsb etmir və yaranmış reallığı dəyişmək iqtidarında deyil:

"Sadəcə olaraq bəzi dövlətlər, rejimlər və onların başında duran siyasət adamları hələ də bunu həzm edə bilmir, iki yüz il ərzində bölgədə yürütdükləri imperialist və anti-Azərbaycan siyasətlərinin iflasını qəbul etməkdə çətinlik çəkirlər, digər tərəfdən, Azərbaycan-Türkiyə birliyinə bəslədikləri kin-küdurətlərini büruzə verməkdən özlərini saxlaya bilmirlər".

Əziz Ələkbərli əlavə edib ki, istər Rusiya sülməramlılarının suveren ərazilərimizdə bəzi qeyri-qanuni hərəkətləri, istər başqa ölkələrə məxsus, daha konkret desək, İran nəqliyyat vasitələrinin Qarabağa qanunsuz və şübhəli giriş-çıxışları, istərsə də bəzi beynəlxalq təşkilatların Ermənistana külli miqdarda vəsait ayırmaları, silah-sursat göndərmələri gedən qatarı saxlamaq üçün edilən mənasız cəhdlərdən başqa bir şey deyil:

"Təbii ki, Azərbaycan bütün bunları lazımınca dəyərləndirir və adekvat addımlar atır və atacaq. Elə götürək bu günlərdə Gorus-Qafan yolunun ölkəmizin suveren ərazisindən keçən hissəsində Azərbaycan polis postunun qoyulması və İrandan gələn yüklərin ciddi yoxlanılması, onların rüsumlara cəlb edilməsi ölkəmizin geri addım atmayacağını göstərir. 

Mən Azərbaycanın bu haqlı addımlarını gedən qatarı saxlamaq üçün onun sonuncu vaqonundan yapışan barmaqların bir-bir qopardılmasına bənzədərdim. Biz hələlik bu barmaqları qoparırıq, lazım gəlsə, o əlləri biləkdən kəsmək gücümüz də var. Ona görə də məsləhətdir ki, həmin qüvvələr əllərini vaxtında lazımi yerlərinə qoysunlar. Rusiya da, İran da qonşu ölkələrdir və biz hər iki ölkə ilə dostluq münasibətlərini saxlamaq və inkişaf etdirmək marağındayıq. Yüzillərdir xalqlarımız iç-içə yaşayırlar. Həmin dövlətlər bunu dəyərləndirməyi bacarmalıdırlar. Ermənistan isə bölgədə bic doğulmuş uşaqdır və bu uşağın doğulmasında kimin daha çox rolu olduğunu hələ də heç kəs bilmir. Bunu bu bic uşaq özü də bilmir, ona görə də yarandığı gündən valideyn axtarışındadır, hərdən birinin üstünə qaçır, gah İranın ətəyindən yapışır, gah Rusiyaya sığınır, gah da Fransanın qucağına atlanır. Artıq vaxtdır ki, kimsə illər boyu ağzına əmzik qoyub, altına "pampers" bağladığı bu bic uşağın əlindən tutub öz yanına aparsın, regiona da sülh, əmin-amanlıq gəlsin. Elə hesab edirəm ki, həmin gün uzaqda deyil. Ermənilər özü də artıq dərk etməlidirlər ki, son iki yüz ildə xalqımıza qarşı törətdikləri bütün cinayətlərə, vəhşiliklərə, vandallıqlara görə Cənubi Qafqazda qalmaq, bizimlə yanaşı və bərabər səviyyədə yaşamaq haqqını çoxdan itiriblər".

Xəbərlər