Ümumi, Siyasət 28 İyun 2021, 13:51 | Baxış sayı: 438
"Ermənistan bir dövlət kimi məhv olmaq istəmirsə, sülh müqaviləsinin imzalamaq barədə real addımlar atmalıdır".

“Prezident İlham Əliyev Silahli Qüvvələr Günündə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyəti ilə görüşündəki çıxışına toxunan deputat Ermənistanın Azərbaycanla əməkdaşlıqdan başqa çıxış yolunun olmadığını bildirib. Ordunun təkmilləşməsi üçün vacib məsələlərdən biri də maliyyə vəsaitidir. Azərbaycan cari ilin büdcəsindən ordu quruculuğu üçün böyük maliyyə ayırıb".

Ermənistanın bütün bunları nəzərə almalı olduğunu vurğulayıb: "Ermənistan bir dövlət kimi məhv olmaq istəmirsə, sülh müqaviləsinin imzalamaq barədə real addımlar atmalıdır. Qarşı tərəf sərhədlərin delimitasiya və demarkasiya prosesinə maneələr yaratmaqdan imtina etməli, yeni kommunikasiya xətlərinin açılmasında da iştirak etməlidir. Ermənistan həm də öz vətəndaşlarının rifahını yüksəltmək üçün bu addımları atmalıdır. Bizim Ermənistana deyil, Ermənistanın bizə ehtiyacı var”.

Xəbərlər