Siyasət 9 Avqust 2023, 13:41 | Baxış sayı: 120
“Ermənilərdən üstünlüyümüzü informasiya savaşında da göstərməliyik”

Ombudsman Səbinə Əliyeva sosial şəbəkə hesabında bildirib ki, erməni istifadəçilərin şərhlərində Azərbaycanofobiya siyasətinin nəticələri özünü daha qabarıq göstərir. 

O qeyd edib ki, xüsusilə hazırkı postmüharibə dövründə xalqlar arasında nifrətin qızışdırılması, nifrət nitqinin geniş yayılması, insanların etnik mənsubiyyətinə görə alçaldılması kimi hallar yolverilməzdir və bu tendensiyaların qarşısının alınması üçün zəruri addımlar atılmalıdır. 


Milli Məclisin deputatı Fazil Mustafa açıqlamasında ermənilərin tarix boyu azərbaycanlılara, türk kimliyi daşıyanlara nifrət və qəzəbinin müasir dövrdə də davam etdiyini deyib. 

“Ermənilər bütün platformalarda riyakarlıqlarını göstərirlər. Bu da normaldır. Onlar bizə qarşı həm informasiya müharibəsi, həm də diplomatik masada mübarizə aparırlar. Biz də sosial platformanı önəmli hesab edir və mübarizəmizi davam etdiririk. Onlardan üstün olduğumuzu informasiya müharibəsində də göstərməliyik. 

Siyasi mübarizədə başqa yol yoxdur, informasiya savaşı da onun bir komponentidir. Düşünürəm ki, bu məsələdə bütün qüvvəmizi səfərbər edib, daha ciddi işlər görməliyik”. 

demokrat.az

Xəbərlər