Siyasət 1 May 2023, 16:07 | Baxış sayı: 157
“Ermənilər kimi fransızlarda qana hərisdilər, zalım və zülmkardılar, təcavüzkar və xəyanətkardılar”

Fransanın xarici işlər naziri Ketrin Kolonnanın  regiona səfərinin məqsədi, onun irəli sürdüyü təkliflərin və İrəvanda sərsəmləmələrinin mahiyyəti siyasətlə məşğul olan, Fransanın çirkin mövqeyini qiymətləndirən hər bir kəsə əvvəlcədən məlum idi. Makron başda olmaqla bu gün Fransanın hakim dairələri, parlamenti, əksər siyasətçiləri Ermənistanın dediyi ilə durub - oturur, təcavüzkarların çaldığı havaya oynayırlar. Bu əslində erməni sevgisindən, erməni xalqına hörmət və ehtiramdan qaynaqlanır. Başlıca cəhət iki təcavüzkar və riyakar xislətin mayalanması, uyğunlaşmasıdır.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Tahir Rzayev bildirib.

 

Deputatın sözlərinə görə, ermənilər kimi fransızlarda qana hərisdilər, zalım və zülmkardılar, təcavüzkar və xəyanətkardılar: “Taladıqları, viran qoyduqları şəhər və kəndlərin, ölkələrin, qətlə yetirdikləri insanların sayı - hesabı bilinmir və bəşəriyyətə qarşı bu sayğısızlıq, beynəlxalq hüquqa hörmətsizlik bu gündə davam etməkdədir. Azərbaycan xalqı ATƏT-in Minsk Qrupuna həmsədrlik etdiyi 30 ilə yaxın bu dövrdə Fransanın hansı yolu tutduğunun, hansı məqsədlərə xidmət etdiyinin şahididir. Torpaqlarımız erməni təcavüzkarlarının tapdağı altında olduğu həmin illərdə BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin işğal etdikləri əraziləri qeyri - şərtsiz tərk etmələri haqqında dörd qətnaməsinin olmasına baxmayaraq Fransa bir dəfə də olsun Azərbaycanın haqlı tələbini dilə gətirmədi, əksinə təcavüzkarı müdafiə etdi, faşistləri dəstəklədi. Biz bu çirkin mövqeyi 44 günlük müharibə günlərində bir daha aydın gördük və həmin dövrdə Fransa prezidenti Makron, bu ölkənin parlamenti, siyasi dairələri Azərbaycanı haqlı mübarizədən, torpaqları azad etməkdən çəkindirmək üçün hər cür iyrənc üsullara, təsir vasitələrinə əl atdılar. Sonrakı illərdə və bu günə kimi Fransa Azərbaycana qarşı düşmən, Ermənistana dost və qardaş mövqeyindədir. Belə bir şəraitdə Ketrin Kolonnanın Azərbaycana səfər etməsi yaxşı heç nə vəd edə bilməzdi və belə də oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görüş zamanı səsləndirdiyi ifadələrdən bir daha aydın oldu ki, fransalı diplomat Azərbaycana heç də iki ölkə arasında sülhü, əminamanlığı bərpa etmək, müəyyən məsələlərə aydınlıq gətirmək üçün deyil, əslində Ermənistanı müdafiə etmək üçün gəlmişdir. Azərbaycan Prezidenti konkret olaraq bildirdi ki, Ermənistan 44 günlük müharibədən sonra üzərinə düşən öhdəlikləri yerinə yetirmir, 10 noyabr Bəyanatının tələblərinə əməl etmir. Azərbaycanla Naxçıvan arasında dəhlizin yaradılmasına imkan vermir. Silahlı qüvvələrini ərazilərimizdən çıxarmır, Laçın yolundan humanitar məqsədlər üçün deyil, silah-sursat daşımaq, terrorçuları yerləşdirmək məqsədi ilə istifadə edir, sərhəddə təxribatlar törədir. Əlbəttə bütün bunlara görə Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət - buraxılış məntəqəsinin qurulması vacib idi və bu ölkəmizin suveren hüquqlarının qorunması, dövlətimizin təhlükəsizliyinin təmin olunması üçün əhəmiyyətlidir. Çox qəribədir və diplomata yaraşmayan haldır ki, Ketrin Kolonna Bakıdakı mətbuat konfransında bəzi neytral və müsbət fikirlər söyləməsinə baxmayaraq Ermənistanda tamamilə əks fikirlər səsləndirmişdir. O, “Fransa Dağlıq Qarabağ erməni əhalisinin toxunulmazlıq hüququnu, öz tarixini, mədəniyyətini qoruyub saxlamağı təmin edəcək istənilən qərarı dəstəkləməyə hazırdır. Bu onların müstəsna hüququdur” deyə erməniləri yenidən mübarizəyə səsləmişdir.  Xanım Ketrin başa düşmür ki, Qarabağda yaşayan ermənilərin hüquqlarını heç kim əlindən almamışdır. Ancaq onların silahlanmaq, təcavüz etmək, dinc sakinləri qətlə yetirmək, terror törətmək əməllərinə qarşı mübarizə aparılır. Heç kim bir ovuc erməninin müstəqillik iddialarını, silahlanmaq təşəbbüsünü, vətəndaşı olduğu dövlətə qarşı müharibə etmək istəyini qəbul edə bilməz.  Diplomat Ketrin hələ bilmir ki, Azərbaycan onun üçün daha əvvəlki Azərbaycan deyil, ya da Şimali Afrika ölkəsi deyil. Azərbaycan mübarizələrdə bərikimiş, qətiyyətli, müdrik Prezidenti, Ali Baş Komandanı, mətanətli və güclü ordusu, sədaqətli, döyüşkən xalqı olan bir dövlətdir. Onunla diktə, zor yolu ilə danışmaq olmaz və bunu nəinki Fransa, ermənipərəst bütün ölkələr bilməlidilər”

Xəbərlər