Siyasət 25 Sentyabr 2023, 16:18 | Baxış sayı: 123
"Erməni silahlılarının tör-töküntüləri də zərərsizləşdiriləcək”

Dövlət Təhlükəsizliyi Xidməti Qarabağın erməni əhalisinə müraciət edərək silah-sursatı təhvil verməyə çağırıb. Bildirilib ki, silahları təhvil vermiş və Azərbaycan Respublikasının qanunvericiliyinə əməl edənlərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir.
 
Milli Məclisin deputatı Arzu Nağıyev açıqlamasında qeyd edib ki, antiterror tədbirlərindən sonra ən ciddi məsələ erməni silahlılarının tör-töküntülərini də tərk-silah etməkdir:

“Əllərindəki silah-sursatı saxlamaqla guya sonadək mübarizə apardıqlarını göstərirlər. Bu problem də həll olunacaq. Komissiyalar təşkil olunub, texnika və silahlar mütləq şəkildə yığılıb, təhvil verilməlidir. Elə kateqoriyalı ermənilər var ki, onlar müxtəlif cinayətlər törədib. 

Bu gün silahını təhvil verib, təslim olan hər bir hərbçi ilə bağlı müvafiq tədbir görüləcək. Əsas məsələ silah gəzdirib, istənilən vaxt təxribat törədə biləcək şəxslərin zərərsizləşdirilməsidir. Könüllü şəkildə təhvil verməsələr, kiçik tədbirlərlə əllərindən silahları alınacaq. Bu, hüquq-mühafizə orqanlarımız üçün problem deyil”.

demokrat.az

Xəbərlər