Ümumi, idman 7 İyul 2023, 14:48 | Baxış sayı: 188
“Erməni idmançı yarışdan uzaqlaşdırılmalı, gümüş medal əlindən alınmalı idi”

“Bildiyiniz kimi Gürcüstanda keçirilən beynəlxalq karate turnirində növbəti erməni təxribatı baş verib. Yarışda erməni idmançı azərbaycanlı rəqibi  Alika Semixovaya məğlub olduqdan sonra  yumruqla vurması idmana və idmançıya yaraşmayan hərəkətdir. Amma yenə də karateçimiz təmkinli davrandı və öz mədəniyyətini nümayiş etdirdi. Hətta bu hadisə Yaponiyadan gələn Dünya Şotokan Karate Federasiyasının prezidenti Hitoşi Kasuya Senseyin gözləri önündə baş verdi. Məncə, həmin vaxt erməni idmançı, ümumiyyətlə, yarışdan uzaqlaşdırılmalı, gümüş medal əlindən alınmalı və kürsüyə qalxmamalı idi. Doğrudur, daha sonra Alika Semixovanı vurduğuna görə o diskvalifikasiya edilib və medalı əlindən alınıb. Yenə də biz onların cəzasını qızıl medal qazanıb, bayrağımızı ən yüksək zirvəyə qaldırmaqla verdik”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Müşfiq Cəfərov bildirib.

 

“Bu hadisə barədə beynəlxalq idman federasiyalarına müraciət olunmalıdır. Federasiyalar İrəvanda keçirilməsi nəzərdə tutulan bütün beynəlxalq yarışların təşkilini Ermənistanın əlindən almalıdır. İdman sülhün, dostluğun, sağlamlığın rəmzidir. Lakin görünən odur ki, ermənilər beynəlxalq səviyyədə cəzalandırılmasa bu düşmənçilik başqa fəsadlara da səbəb ola bilər. Mən beynəlxalq federasiyalardan ədaləti təmin etmələrini gözləyirəm. Çünki idmanla heç bir ədavət, düşmənçilik hissiyyatı qarşılaşdırıla bilməz”, - M.Cəfərov qeyd edib.

Xəbərlər