Sosial 1 Sentyabr 2022, 13:23 | Baxış sayı: 167
"Elə parklanma yeri var ki, avtomobili 1-2 saat saxlamaq 5 manat edir. Burada böyük bir qrup, mafiya var".

“Parklanma ilə bağlı problem hələ də qalır, çünki yerlər yoxdur. Digər tərəfdən, nə qədər ləğv edirsən, et, müəyyən qruplar var ki, buradan pul götürürlər. Bu pul büdcəyə də ödənmir. Hətta büdcəyə ödənmiş olsa belə, yenə də bu məsələdə qayda-qanun yaratmaq çətindir. Xarici ölkələrdə bu məsələ ilə bələdiyyə institutu məşğul olur və problemi həll edir. Biz isə məqsədyönlü şəkildə bələdiyyəni ölü vəziyyətdə saxlayırıq ki, bu kimi problemlər qeyri-rəsmi şəkildə vəsaitin mənimsənilməsinə imkan yaratsın”.

 

Milli Məclisin deputatı Fazil Mustafa bu sözləri Pravda.az-a açıqlamasında deyib.

 

“Əslində çox sadə həll yolları var, amma buna maraq olmalıdır. Vətəndaşın özü üçün də parklanma yerləri bahadır. Heç olmasa avtomobilini yolun kənarında saxlayanlardan az vəsait alınır, ona görə də, yol kənarında saxlamağa meyil edirlər. Parklanma yerlərində də qiymətlər aşağı olmalıdır. Elə yer var ki, orada avtomobili bir-iki saat saxlayırsan 5 manat edir. Niyə? Bunu kim müəyyən edib? Biabırçılıqdır, qarşısını almaq olmur. Çünki burada böyük bir qrup, mafiya var. Arxada öz işlərini görürlər və məsələyə qarışmaq mümkün olmur”, - deputat bildirib.

Xəbərlər