KOMİTƏ İCLASLARI 12 Aprel 2023, 14:48 | Baxış sayı: 197
"Dövlət zəmanətli kreditlərin xeyli hissəsi bərbad istifadə olunur"

Azərbaycanda dövlət zəmanəti ilə alınan kreditlərin bir hissəsi yaxşı, xeyli hissəsi isə bərbad istifadə olunur.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

"Bir sıra ölkələrdə dövlətin birbaşa borcu az olsa da, dövlət zəmanəti ilə alınan kreditlər birbaşa borcdan 10 dəfələrlə çoxdur, hətta onların valyuta ehtiyatlarını da üstələyir. Buna görə də, hesab edirəm ki, ən çox diqqət yetirilməli məsələlərdən biri dövlət zəmanəti ilə alınan kreditlərə nəzarət mexanizminin artırılmalıdır", - deyə o qeyd edib.

Xəbərlər