Plenar iclaslar 14 Noyabr 2023, 16:20 | Baxış sayı: 230
"Dövlət müəssisələrindən cəmi ikisi büdcəyə dividend ödəyib"

Bu il Azərbaycanda dövlət payı olan səhmdar cəmiyyətlərindən cəmi ikisi dövlət büdcəsinə dividend ödəyib.

Bunu deputat Mahir Abbaszadə Milli Məclisin bu gün keçirilən plenar iclasında - 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

"Təklif edirən ki, növbəti illərdə dövlət müəssisələrinin dividend ödəməsi sisteminə yenidən baxılsın və həmin vəsaitlərin büdcəyə köçürülməsi təmin edilsin", - deyə o qeyd edib.

"Biz döyüş meydanında düşməni kapitulyasiya aktını imzalamağa məcbur etmişik, torpaqlarımızı tamamilə işğaldan azad etmişik. Bununla belə, siyasi-diplomatik mübarizəmiz hələ də davam edir. Görünür hələ də qələbəmizi həzm etməyən dövlətlər və beynəlxalq təşkilatlar var. Onlarla mübarizə aparmağı, həmin dövlətlərin ərazisində diaspora təşkilatlarının inkişaf etdirilməsini vacib sayırıq. Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə gördüyü işlər məqbul sayılır. Hesab edirəm ki, dövlət büdcəsindən Komitənin fəaliyyəti üçün nəzərdə tutulmuş vəsaitin artırılması mübarizəmizin maliyyə təminatının gücləndirilməsinə müsbət töhfə verəcək", - deyə deputat əlavə edib.

report.az

Xəbərlər