Cəmiyyət 12 Yanvar 2023, 14:51 | Baxış sayı: 156
“Dövlət atributlarına qarşı təhqirlərin edilməsi və onun sosial şəbəkələrdə yayımlanması yolverilməzdir”

“Sosial şəbəkə elə bir məkandır ki, burada kiməsə “dur” demək mümkün deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputatın sözlərinə görə, sosial şəbəkələrdə kimisi məhdudlaşdırmaq imkanları yoxdur:

“Hesab edirəm ki, uşağa siqaretin verilməsi, dövlət atributlarına qarşı təhqirlərin edilməsi və onun sosial şəbəkələrdə yayımlanması yolverilməzdir. Belə bir addım atanlar, artıq məsuliyyət məsələlərini anlamalıdırlar. Əks halda, problemlər yaşaya bilərlər. 

Həmçinin, bu məsələlərdə hüquq-mühafizə orqanlarının problemə baxışı və həssaslığı daha da artırılmalıdır. Ən azı qanunun tələblərini xüsusilə də, hüquqi məkan olaraq Azərbaycanda yerləşən şəxslərə qarşı tətbiq etmək mümkündür. Bunun da inzibati məsuliyyəti, hətta cinayət məsuliyyəti yaratdığı onlara xatırlanmalı və bu proses onlar üçün də müəyyən dərəcədə tətbiq olunmalıdır".
 

Xəbərlər