“Din qardaşınız olan ermənilər namusunuzdur, bayrağınızın yaşıl xəttidir”
Siyasət
18 Noyabr 2022, 17:35 | Baxış sayı:
272

“Ağıllı, zəruru və zamanlama baxımından doğru gediş. Həm İzrail, həm Fələstinlə ən üst səviyyədə diplomatik münasibətlərin inkişafı və tarazlığın qorunması. İllərdir çox güzəştli yanaşırdıq ki, qonşunun bir şeylər xətrinə dəyməsin. Qanmadınız. Gedib Qafanda oturdunuz ki, bəs sizə buradan yol verməyəcəyik, bəs din qardaşınız olan ermənilər namusunuzdur, bayrağınızın yaşıl xəttidir”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
“Siz məsciddə donuz saxlayanlarla donuz ətinin kababını çəkəndə bilməliydiniz ki, bizim də donuz əti yeməyənlərlə süfrəmizi bölüşməyimizə qatlanacaqsınız. Millətimizin ən böyük düşməni ermənidən də çox iransifətlərdir. Həm o tayda, həm də bu taydakı iransifətlər!” – F.Mustafa qeyd edib.