İnfoqrafika 10 Yanvar 2023, 12:19 | Baxış sayı: 199
"Deputatların yaş qrupları üzrə bölgüsü"

Meclis.info” Milli Məclisdə təmsil olunan 118 deputatın yaş qrupları üzrə bölgüsünü təqdim edir.
Milli Məclisin ən gənc deputatı 29 yaşlı Səbinə Xasayevadır. Ən yaşlı deputat isə 82 yaşlı Ziyad Səmədzadədir.
69 deputatla təmsil olunan Yeni Azərbaycan Partiyasının 23 deputatı yəni hər 3 deputatından biri 60-69 yaş arasındadı. Hər 3 bitərəf deputatdan biri isə 50-59 yaş qrupuna daxildir.
Ümumilikdə, Milli Məclisdə təmsil olunan deputatların ən çoxu - 34 nəfərlə 60-69 yaş qrupuna aiddir.
Milli Məclisdə 70 yaşından yuxarı 16 deputat var.
Eyni zamanda monitorinq nəticəsində məlum olub ki, Milli Məclisdə 50 yaşına qədər olan deputatların sayı 36 nəfərdir. 50 yaşdan yuxarı isə 82 deputat var.

Xəbərlər