İnfoqrafika 11 Avqust 2022, 16:03 | Baxış sayı: 456
Deputatların sosial media aktivlikləri

“Meclis.info” deputatların Sosial Media hesablarının monitorinqini sizlərə təqdim edir.

Deputatların sosial media aktivlikləri hesablanarkən onların 1 yanvar 2022 tarixindən 29 iyul 2022 tarixinədək facebook, instagram və twitter səhifələrindəki  paylaşımlarının cəmi nəzərə alınmışdır.

Monitorinq nəticəsində bəlli oldu ki, Milli Məclisin 118 deputatından 27-sinin göstəriciləri sıfırdır. Onlardan bəziləri sosial mediada aktiv deyillər və  bu zaman zərfində heç bir paylaşım etməyiblər. Bəziləri isə ümumiyyətlə sosial şəbəkələrdən istifadə etmir.

Sosial media aktivliyi ən yüksək deputat isə 1724 paylaşımla Könül Nurullayevadır. Onu 1721 paylaşımla deputat Emin Hacıyev izləyir. Üçüncü pillədə isə 1611 paylaşımla deputat Anar Məmmədov qərarlaşıb.

 

Xəbərlər