"Deputatların Erkin Qədirlinin “bizim ölkəmizdə demokratik seçki yoxdur” fikrinə münasibəti"
Deputatların Erkin Qədirlinin “bizim ölkəmizdə demokratik seçki yoxdur” fikrinə münasibəti
Erkin Qədirli 3 ildir niyə parlamentdə oturub? Elnur Allahverdiyev - 17 saylı Yasamal üçüncü seçki dairəsi (YAP)
O hüquq pozuntusu nəticəsində əldə etdiyi mandat hüququndan imtina etmirsə, deməli hüquqa da hörmət etməmiş hesab oluna bilər. Hikmət Babaoğlu - 19 saylı Nərimanov birinci seçki dairəsi (YAP)
Demokratik yolla seçilmədiyinizi bildirirsinizsə, nədən Milli Məclisin işində iştirak edirsiniz? Adil Əliyev - 20 saylı Nərimanov ikinci seçki dairəsi (Bitərəf)
Bu, onun öz seçicilərinə hörmətsizliyidir. Əgər özünün demokratik yolla seçiminə şübhə edirsə, o zaman parlamentdən istefa versin. Məlahət İbrahimqızı - 21 saylı Nəsimi birinci seçki dairəsi (YAP)
Parlament seçkiləri tam demokratik, ədalətli, azad və şəffaf keçirilib. Sədaqət Vəliyeva - 25 saylı Nizami ikinci seçki dairəsi (YAP)
Erkin Qədirli əgər siz demokratik seçki yolu ilə Parlamentə gəlməmisinizsə nə üçün o zaman Parlament kürsüsünü zəbt etmisiniz? İlham Məmmədov - 48 saylı Yevlax seçki dairəsi (YAP)
Saxta yolla seçilibsə, Milli Məclisdə oturmamalıdır. Azər Badamov - 51 saylı Qusar seçki dairəsi (YAP)
Erkin Qədirli xalqdan üzr istəməli və mandatından imtina etməlidir. Fəzail Ağamalı - 60 saylı Salyan-Neftçala seçki dairəsi (AVP)
Erkin Qədirli parlamentdən getmək istəməsə, məsələ böyüyəcək.Elman Nəsirov - 68 saylı Cəlilabad kənd seçki dairəsi (YAP)
Erkin Qədirli Azərbaycanda parlament seçkilərinin qeyri-demokratik keçirilməsi ilə bağlı fikirlər səsləndirməklə ermənilərə dəstək olub. Fəzail İbrahimli – 69 saylı Cəlilabad-Masallı- Biləsuvar seçki dairəsi (VHP)
Ölkəmizdə istər seçki öncəsi, istər seçki dövrü, istərsə də seçkidən sonrakı proseslər tamamilə beynəlxalq standartlara uyğun qurulub. Şahin İsmayılov - 81 saylı Beyleqan rayon seçki dairəsi (YAP)
Erkin Qədirlinin öz seçkisi demokratik əsaslarla keçməyibsə, buna öz fikrini bildirərdi. Tahir Rzayev - 82 saylı Ağcabədi seçki dairəsi (YAP)
Erkin Qədirlinin mövqeyi haqqı batil edir. Tahir Kərimli - 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi (VƏHDƏT)
Kimsə Azərbaycandakı seçki sisteminə kölgə sala bilməz. Cavid Osmanov - 90 saylı Ağdaş seçki dairəsi (YAP)
Erkin Qədirlinin məlum açıqlaması düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Fatma Yıldırım - 93 saylı Bərdə şəhər seçki dairəsi (YAP)
Əgər demokratik seçkilər olmasaydı, müxalifətçi Erkin Qədirli deputat seçilə bilməzdi. Vüqar İskəndərov - 113 saylı Şəki şəhər seçki dairəsi (YAP)
Bütövlükdə seçkilərin qeyri-demokratik olduğunu demək, bütöv prosesi şübhə altına salmaq yanlışdır. Ceyhun Məmmədov - 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi (YAP)