Milli Məclis 27 Yanvar 2023, 18:54 | Baxış sayı: 148
"Azərbaycanın İrandakı səfirliyinə hücum böyük bir təxribatdır"

Azərbaycanın İrandakı səfirliyinə hücum böyük bir təxribatdır.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası işçi qrupunun üzvü Aydın Mirzəzadə bildirib.


Onun sözlərinə görə, İranın səfirliyi qoruya bilməməsi narahatlıq doğurur:


“Bu hadisənin bir nəfər tərəfindən törədildiyinə inanmıram. Bu məqamda onu da qeyd etmək lazımdır ki, İran hökumətinin səfirliyi qoruya bilməməsi məndə narahatlıq yaradır. Azərbaycan və İran qonşu dövlətlərdir. Hər iki dövlət bir-birinə hörmətlə yanaşıblar. Bu baxımdan Azərbaycanın İrandakı səfirliyi çox ciddi mühafizə edilməlidir. Bir vətəndaş və deputat kimi mən bu məsələnin ciddi araşdırılmasını tələb edirəm. Tək hücumu edəni yox, onun arxasında duran qüvvələrin də aşkara çıxarılmasını gözləyirəm. İrandakı bəzi dairələr Azərbaycan əleyhinə çıxışlar edirlər. Həmin çıxışlarla bu silahlı hücum parallelik daşımırmı? Ümid edirəm ki, İran bu məsələni araşdıracaq və Azərbaycanın narahatçılığını aradan qaldıracaq tədbirlər görəcək".

Xəbərlər