Milli Məclis 27 Yanvar 2023, 18:59 | Baxış sayı: 194
"Azərbaycanın İrandaki səfirliyinə edilən silahlı hücumla bağlı deputatların açıqlamaları"

Azərbaycanın İrandaki səfirliyinə edilən silahlı hücumla bağlı deputatların açıqlamaları :

 

  1. Terroru dövlət siyasətinə çevirən Ermənistan kimi bir dövlətlə dostluq, qardaşlıq edən İrandan bunu gözləmək olardı. Siyavuş Novruzov - 5 saylı Şahbuz-Babək seçki dairəsi (YAP)
  2. İran Vyana Konvensiyasının tələblərini kobud şəkildə pozub. Azay Quliyev - 8 saylı Binəqədi birinci seçki dairəsi (Bitərəf)
  3. Baş verən hadisəyə görə İran hökuməti də məsuliyyət daşıyır. Ülvi Quliyev - 15 saylı Yasamal birinci seçki dairəsi (Bitərəf)
  4. Terror qorxaqların və xainlərin əməlidir. Elnur Allahverdiyev - 17 saylı Yasamal üçüncü seçki dairəsi (YAP)
  5. İranda səfirliyimizə qarşı törədilən terror aktı Azərbaycana hücumdur və buna görə cavab verilməlidir. Hikmət Babaoğlu - 19 saylı Nərimanov birinci seçki dairəsi (YAP)
  6. İranda səfirliyimizə qarşı baş vermiş terror hadisəsini şiddətlə qınayıram. Adil Əliyev - 20 saylı Nərimanov ikinci seçki dairəsi (Bitərəf)
  7. Səfirliyimizə hücum terror aktıdır, arxasında İran xüsusi xidmət orqanları durur. Fazil Mustafa -  26 saylı Sabunçu birinci seçki dairəsi (BQP)
  8. Cinayətin sifarişçiləri layiqli cəzalarını almalıdır. Sevinc Fətəliyeva - 30 saylı Suraxanı birinci seçki dairəsi (YAP)
  9. Bu xain hücum Ermənistanın əzizi olan molla rejiminin növbəti provokasiya xarakterli əməlidir.  Afət Həsənova - 32 saylı Suraxanı üçüncü seçki dairəsi (YAP)
  10. Belə bir zamanda terror hadisəsinin törədilməsi çox gizli məqamlardan xəbər verir. Naqif Həmzəyev - 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi (YAP)
  11. Silahlı hücumdan İran kəşfiyyatının xəbərsiz olması şübhəli məqamdır. Müşfiq Cəfərov - 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi (YAP)
  12. Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil. Hicran Hüseynova - 41 saylı Sumqayıt birinci seçki dairəsi (YAP)
  13. Heç kim bizi doğru bildiyimiz yoldan döndərə bilməyəcək. Tahir Mirkişili - 42 saylı Sumqayıt ikinci seçki dairəsi (YAP)
  14. İran səfirliyimizdə törədilən terror aktının məsuliyyətindən boyun qaçıra bilməz. İltizam Yusifov - 46 saylı Şirvan seçki dairəsi (Bitərəf)
  15. Azərbaycanın İrandakı səfirliyinə hücum böyük bir təxribatdır. Aydın Mirzəzadə - 47 saylı Mingəçevir seçki dairəsi (YAP)
  16. Terrora görə layiqli cəzalarını alacaqlar. Əli Hüseynli - 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi (YAP)
  17. Bu hücumun arxasında yenə ermənilər dayanır. Cəsarətiniz və kişiliyiniz çatırsa, döyüş meydanında əsgərimizlə üz-üzə gəlin. Azər Badamov - 51 saylı Qusar seçki dairəsi (YAP)
  18. Səfirliyimizə hücum faktiki olaraq dövlətə hücum deməkdir. Vahid Əhmədov - 52 saylı Quba seçki dairəsi (Bitərəf)
  19. Diplomatik Əlaqələr Haqqında Vyana Konvensiyasına görə, hər bir dövlət ölkəsindəki səfirliklərin təhlükəsizliyinə cababdehdir. Jalə Əhmədova -  59 saylı Salyan seçki dairəsi (Bitərəf)
  20. İranın molla rejiminə qarşı ciddi addımlar atılmalıdır. Fəzail Ağamalı - 60 saylı Salyan-Neftçala seçki dairəsi (AVP)
  21. Səfirliyimizə hücumda üçüncü dövlətin əli var. Sabir Rüstəmxanlı - 61 saylı Neftçala seçki dairəsi (VHP)
  22. İran bu caniləri məhkum etməzsə, onları məhkum etmək bizim haqqımızdır. Bəhruz Məhərrəmov - 66 saylı Biləsuvar seçki dairəsi (Bitərəf)
  23. Tehrandakı səfirliyə hücuma görə İranın siyasi hakimiyyəti məsuliyyət daşıyır.Elman Nəsirov - 68 saylı Cəlilabad kənd seçki dairəsi (YAP)
  24. Tələb edirik ki, terror aktını törədənlər ifşa olunub, məhkəmə qarşısında qanunla cavab versinlər. Rüfət Quliyev - 73 saylı Lənkəran şəhər seçki dairəsi (Bitərəf)
  25. İranın özünün də işğaldan azad edilən torpaqlarda gözü olub. Cavanşir Paşazadə - 75 saylı Lənkəran-Masallı seçki dairəsi (YAP)
  26. Azərbaycan səfirliyinə hücuma görə birbaşa İran məsuliyyət daşıyır və cavab verməlidir. Ziyafət Əsgərov - 76 saylı Lənkəran-Astara seçki dairəsi (YAP)
  27. Ümid edirəm ki, İran hökuməti vəziyyətin ciddiliyini anlayar. İqbal Məmmədov - 78 saylı Lerik seçki dairəsi (YAP)
  28. Səfirliyə xain basqın, ölüm və yaralılar təbliğatın və düşmənçiliyin nəticəsidir. Razi Nurullayev - 79 saylı İmişli seçki dairəsi (MCP)
  29. İran dövləti səfirliyin qorunmasına məsul idi. Şahin İsmayılov - 81 saylı Beyləqan seçki dairəsi (YAP)
  30. Səfirliyə hücuma görə tam məsuliyyət İranın üzərinə düşür və bu qəsdə İran cavab verməlidir. Tahir Rzayev - 82 saylı Ağcabədi seçki dairəsi (YAP)
  31. İran həmişə terror yuvası olub, ona görə də Azərbaycan səfirliyinin toxunulmazlığına zəmanət yoxdur. Cavid Osmanov - 90 saylı Ağdaş seçki dairəsi (YAP)
  32. Azərbaycanın İrandakı Səfirliyinə hücum böyük təxribat və terror aktıdır. Fatma Yıldırım - 93 saylı Bərdə şəhər seçki dairəsi (YAP)
  33. İran fərqindədir ki, bu, çox kəskin proses doğuracaq. Zahid Oruc - 94 saylı Bərdə kənd seçki dairəsi (Bitərəf)
  34. Terror aktı molla rejiminin düşmənçilik hissindən qaynaqlanır. Ağalar Vəliyev - 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi (YAP)
  35. Xain hücumun obyektiv araşdırılmasını tələb edirik. Sahibə Qafarova – 98 saylı Şəmkir şəhər seçki dairəsi (YAP)
  36. İran rəsmilərinin davranışları hadisənin terror aktı olduğunu sübut edir. Kamran Bayramov - 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi (YAP)
  37. Azərbaycan səfirliyinə hücum edən şəxsin SEPAH-la bağlantılı olduğu ehtimalı var. Qənirə Paşayeva - 105 saylı Tovuz seçki dairəsi (Bitərəf)
  38. Diplomatik nümayəndəliyimizə qarşı terror aktını qətiyyətlə pisləyirik. Səməd Seyidov - 107 saylı Qazax seçki dairəsi (YAP)
  39. Bu məsuliyyət bilavasitə Molla rejiminin üzərinə düşür. Nəsib Məhəməliyev - 109 saylı Balakən seçki dairəsi (YAP)
  40. Dövlətçiliyimizə əl uzadanlar xalqımızın iradəsi qarşısında diz çökəcək. Azər Kərimli - 112 saylı Qax seçki dairəsi (Bitərəf)
  41. İran hakimiyyəti sonunun yaxınlaşdığını hiss edir. Cavanşir Feyziyev - 115 saylı Şəki kənd ikinci seçki dairəsi (Bitərəf)
  42. Kimsə düşünürsə ki, bu addımlarla Azərbaycana təzyiq edə biləcək, bu, mümkün deyil. Ceyhun Məmmədov - 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi (YAP)
  43. Bu hadisə Azərbaycana qarşı terrordur. İmamverdi İsmayılov – 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi (YAP)

Xəbərlər