İnfoqrafika 15 Fevral 2023, 18:48 | Baxış sayı: 152
Deputatların 2022-ci ildə sosial media aktivlikləri

“Meclis.info” deputatların 2022-ci il üzrə Sosial Media hesablarının monitorinqini sizlərə təqdim edir.

Deputatların sosial media aktivlikləri hesablanarkən onların 1 yanvar 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinədək facebook, instagram və twitter səhifələrindəki  paylaşımlarının cəmi nəzərə alınmışdır.

Monitorinq nəticəsində bəlli oldu ki, Milli Məclisin 118 deputatından 24-nün göstəriciləri sıfırdır. Onlardan bəziləri sosial mediada aktiv deyillər və  bu zaman zərfində heç bir paylaşım etməyiblər. Bəziləri isə ümumiyyətlə sosial şəbəkələrdən istifadə etmir.

Sosial media aktivliyi ən yüksək deputat isə 3314 paylaşımla Könül Nurullayevadır. Onu 3087 paylaşımla deputat Bəhruz Məhərrəmov izləyir. Üçüncü pillədə isə 3055 paylaşımla deputat Hicran Hüseynova qərarlaşıb.

Xəbərlər