İnfoqrafika 12 Dekabr 2022, 14:42 | Baxış sayı: 208
"Prezidentin deputatlara doğum günü jestləri"

“Meclis.info” doğum günləri ərəfəsində prezident tərəfindən təltif  olunmuş 26 deputatla bağlı yeni araşdırmasını sizə təqdim edir. 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təltif etdiyi deputatlardan 24-ü kişi, 2-si isə qadındır.

Bu deputatlardan 16-sı  Yeni Azərbaycan Partiyasındandır. 6 deputat bitərəfdir. 2 deputat Vətəndaş Həmrəyliyi Partiyasının, 1 deputat Demokratik İslahatlar Partiyasının, 1 deputat isə Ana Vətən Partiyasının üzvüdür.

26 deputatdan 6-sı Naxçıvanda, 6-sı Bakıda, 4-ü isə Ermənistanda anadan olub.

 

Təltif olunmuş deputatların siyahısı:

  1. Vasif Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvanda Şərur rayonunda anadan olub. 13 yanvar 2010-cu ildə «Şöhrət», 13 yanvar 2020-ci ildə «Şərəf»  ordeni ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 saylı Şərur-Sədərək seçki dairəsinin deputatıdır.
  2. İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvanda Şərur rayonunda anadan olub.15 oktyabr 2019-cu ildə 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2 saylı Şərur seçki dairəsinin deputatıdır.
  3. Səttar Möhbalıyev 28 oktyabr 1955-ci ildə Naxçıvanda Şərur rayonunda anadan olub. 28 oktyabr 2015-ci ildə «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir. Bitərəfdir. 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin deputatıdır.
  4. Eldar İbrahimov 1945-ci il martın 12-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 11 mart 2015-ci ildə «Şərəf» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 4 saylı Naxçıvan şəhər seçki dairəsinin deputatıdır.
  5. Siyavuş Novruzov 1969-cu il fevralın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 16 fevral 2019-cu il «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 5 saylı Şahbuz-Babək seçki dairəsinin deputatıdır.
  6. Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olmuşdur. 23 noyabr 2007-ci ildə «Şöhrət», 24 noyabr 2017-ci ildə «Şərəf», 25 noyabr 2022-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bitərəfdir. 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatıdır.
  7. Məlahət İbrahimqızı 1958-ci il aprelin 25-də Ermənistan Respublikası Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. 27 aprel 2018-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 21 saylı Nəsimi birinci seçki dairəsinin deputatıdır.
  8. Asim Mollazadə 1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. 7 iyun 2013-cü ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan Demokratik İslahatlar Partiyasının sədridir. 22 saylı Nəsimi ikinci seçki dairəsinin deputatıdır.
  9. Ziyad Səmədzadə 1940-cı il iyunun 25-də Bakı şəhərində anadan olmuşdur. 23 iyun 2010-ci ildə «Şöhrət», 24 iyun 2015-ci ildə «Şərəf», 24 iyun 2020-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bitərəfdir. 23 saylı Nəsimi-Səbail seçki dairəsinin deputatıdır.
  10. Mixail Zabelin 1946-cı il martın 19-da Bakı şəhərində anadan olmuşdur. 17 mart 2006-ci ildə «Şöhrət» ordeni ilə,  17 mart 2016-cı ildə «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 34 saylı Xətai ikinci seçki dairəsinin deputatıdır.
  11. Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olmuşdur. 12 avqust 2015-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatıdır.
  12. Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. 29 dekabr 2014-cü ildə «Şərəf» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 45 saylı Abşeron seçki dairəsinin deputatıdır.
  13. Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Ermənistan Respublikası Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndində anadan olmuşdur. 25 avqust 2017-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Ana Vətən Partiyasının sədridir. 60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatıdır.
  14. Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 20 may 2021-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. 61 saylı Neftçala seçki dairəsinin deputatıdır.
  15. Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Ermənistan Respublikası Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 16 noyabr 2017-ci ildə «Şərəf» ordeni ilə, 16 noyabr 2022-ci ildə isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin deputatıdır.
  16. Fəzail İbrahimli 1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olmuşdur. 12 aprel 2021-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin deputatıdır.
  17. Anar İsgəndərov 1956-cı il yanvarın 10-da Masallı rayonunun Kolatan kəndində anadan olmuşdur. 11 yanvar 2016-cı ildə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 71 saylı Masallı kənd seçki dairəsinin deputatıdır.
  18. Musa Qasımlı 1957-ci il oktyabrın 28-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 28 oktyabr 2017-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Bitərəfdir. 72 saylı Yardımlı-Masallı seçki dairəsinin deputatıdır.
  19. Cavanşir Paşazadə 1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. 11 aprel 2013-cü ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 75 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatıdır.
  20. Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Naxçıvan rayonunun (indiki Babək rayonunun) Aşağı Uzunoba kəndində anadan olmuşdur. 23 oktyabr 2013-cü ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 76 saylı Lənkəran-Astara seçki dairəsinin deputatıdır.
  21. Tahir Rzayev 1950-ci il fevralın 24-də Ağcabədi rayonunun Xəlfərəddin kəndində anadan olmuşdur. 24 fevral 2020-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 82 saylı Ağcabədi seçki dairəsinin deputatıdır.
  22. Aqil Abbas 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində anadan olmuşdur. 1 aprel 2013-cü ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Bitərəfdir. 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatıdır.
  23. Novruzəli Aslanov 1963-cü il martın 22-də Bakı şəhərində anadan olmuşdur. 4 mart 2013-cü ildə  2-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilmişdir. Bitərəfdir. 86 saylı İsmayıllı seçki dairəsinin deputatıdır.
  24. Ağalar Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. 20 iyul 2017-ci ildə  2-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin deputatıdır.
  25. Nizami Cəfərov 1959-cu il sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. 20 sentyabr 2019-cu ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 108 saylı Ağstafa seçki dairəsinin deputatıdır.
  26. İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olmuşdur. 8 iyun 2018-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin deputatıdır.

Xəbərlər