"Prezidentin deputatlara doğum günü jestləri"
İnfoqrafika
12 Dekabr 2022, 14:42 | Baxış sayı:
285
“Meclis.info” doğum günləri ərəfəsində prezident tərəfindən təltif olunmuş 26 deputatla bağlı yeni araşdırmasını sizə təqdim edir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təltif etdiyi deputatlardan 24-ü kişi, 2-si isə qadındır.
Bu deputatlardan 16-sı Yeni Azərbaycan Partiyasındandır. 6 deputat bitərəfdir. 2 deputat Vətəndaş Həmrəyliyi Partiyasının, 1 deputat Demokratik İslahatlar Partiyasının, 1 deputat isə Ana Vətən Partiyasının üzvüdür.
26 deputatdan 6-sı Naxçıvanda, 6-sı Bakıda, 4-ü isə Ermənistanda anadan olub.
Təltif olunmuş deputatların siyahısı:
- Vasif Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvanda Şərur rayonunda anadan olub. 13 yanvar 2010-cu ildə «Şöhrət», 13 yanvar 2020-ci ildə «Şərəf» ordeni ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 saylı Şərur-Sədərək seçki dairəsinin deputatıdır.
- İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvanda Şərur rayonunda anadan olub.15 oktyabr 2019-cu ildə 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2 saylı Şərur seçki dairəsinin deputatıdır.
- Səttar Möhbalıyev 28 oktyabr 1955-ci ildə Naxçıvanda Şərur rayonunda anadan olub. 28 oktyabr 2015-ci ildə «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir. Bitərəfdir. 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin deputatıdır.
- Eldar İbrahimov 1945-ci il martın 12-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 11 mart 2015-ci ildə «Şərəf» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 4 saylı Naxçıvan şəhər seçki dairəsinin deputatıdır.
- Siyavuş Novruzov 1969-cu il fevralın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 16 fevral 2019-cu il «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 5 saylı Şahbuz-Babək seçki dairəsinin deputatıdır.
- Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olmuşdur. 23 noyabr 2007-ci ildə «Şöhrət», 24 noyabr 2017-ci ildə «Şərəf», 25 noyabr 2022-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bitərəfdir. 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatıdır.
- Məlahət İbrahimqızı 1958-ci il aprelin 25-də Ermənistan Respublikası Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. 27 aprel 2018-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 21 saylı Nəsimi birinci seçki dairəsinin deputatıdır.
- Asim Mollazadə 1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. 7 iyun 2013-cü ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan Demokratik İslahatlar Partiyasının sədridir. 22 saylı Nəsimi ikinci seçki dairəsinin deputatıdır.
- Ziyad Səmədzadə 1940-cı il iyunun 25-də Bakı şəhərində anadan olmuşdur. 23 iyun 2010-ci ildə «Şöhrət», 24 iyun 2015-ci ildə «Şərəf», 24 iyun 2020-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bitərəfdir. 23 saylı Nəsimi-Səbail seçki dairəsinin deputatıdır.
- Mixail Zabelin 1946-cı il martın 19-da Bakı şəhərində anadan olmuşdur. 17 mart 2006-ci ildə «Şöhrət» ordeni ilə, 17 mart 2016-cı ildə «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 34 saylı Xətai ikinci seçki dairəsinin deputatıdır.
- Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olmuşdur. 12 avqust 2015-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatıdır.
- Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. 29 dekabr 2014-cü ildə «Şərəf» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 45 saylı Abşeron seçki dairəsinin deputatıdır.
- Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Ermənistan Respublikası Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndində anadan olmuşdur. 25 avqust 2017-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Ana Vətən Partiyasının sədridir. 60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatıdır.
- Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 20 may 2021-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. 61 saylı Neftçala seçki dairəsinin deputatıdır.
- Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Ermənistan Respublikası Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 16 noyabr 2017-ci ildə «Şərəf» ordeni ilə, 16 noyabr 2022-ci ildə isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin deputatıdır.
- Fəzail İbrahimli 1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olmuşdur. 12 aprel 2021-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin deputatıdır.
- Anar İsgəndərov 1956-cı il yanvarın 10-da Masallı rayonunun Kolatan kəndində anadan olmuşdur. 11 yanvar 2016-cı ildə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 71 saylı Masallı kənd seçki dairəsinin deputatıdır.
- Musa Qasımlı 1957-ci il oktyabrın 28-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 28 oktyabr 2017-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Bitərəfdir. 72 saylı Yardımlı-Masallı seçki dairəsinin deputatıdır.
- Cavanşir Paşazadə 1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. 11 aprel 2013-cü ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 75 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatıdır.
- Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Naxçıvan rayonunun (indiki Babək rayonunun) Aşağı Uzunoba kəndində anadan olmuşdur. 23 oktyabr 2013-cü ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 76 saylı Lənkəran-Astara seçki dairəsinin deputatıdır.
- Tahir Rzayev 1950-ci il fevralın 24-də Ağcabədi rayonunun Xəlfərəddin kəndində anadan olmuşdur. 24 fevral 2020-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 82 saylı Ağcabədi seçki dairəsinin deputatıdır.
- Aqil Abbas 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində anadan olmuşdur. 1 aprel 2013-cü ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Bitərəfdir. 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatıdır.
- Novruzəli Aslanov 1963-cü il martın 22-də Bakı şəhərində anadan olmuşdur. 4 mart 2013-cü ildə 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilmişdir. Bitərəfdir. 86 saylı İsmayıllı seçki dairəsinin deputatıdır.
- Ağalar Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. 20 iyul 2017-ci ildə 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin deputatıdır.
- Nizami Cəfərov 1959-cu il sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. 20 sentyabr 2019-cu ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 108 saylı Ağstafa seçki dairəsinin deputatıdır.
- İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olmuşdur. 8 iyun 2018-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin deputatıdır.