Plenar iclaslar 2 İyul 2021, 13:30 | Baxış sayı: 263
Deputat Nuru Paşaya abidə qoyulması təklifini irəli sürüb.

“2018-ci ildə Azərbaycanda Türkiyə Prezidentinin iştirakı ilə Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə parad keçirdik”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, bir neçə aydan sonra yenidən Bakının işğaldan azad olunması qeyd olunacaq: “Amma Bakının azad olunmasında müstəsna xidmətləri olmuş Nuru Paşa və onun ordusuna bu günə qədər də abidə qoyulmayıb. Bununla bağlı icra strukturları heç bir məlumat vermir. Bu, Türkiyə-Azərbaycan qardaşlığına laqeyd yanaşmadır".

İkinci təklifi isə seçildiyi Nəsimi rayonunda Heydər Əliyevin 1973-cü ildə açdığı uşaq kitabxanası ilə bağlı olub. Deputat kitabxananın çox pis vəziyyətdə, təmirsiz olduğunu diqqətə çatdırıb. "Mədəniyyət Nazirliyinə müraciət edirəm ki, bu məsələ tezliklə həllini tapsın".

Xəbərlər