Deputat: “Lənkəranda əsas trend kənd təsərrüfatıdır. Lənkəranda neçə gömrük işçisinə ehtiyac ola bilər ki?"
“Regionlarda insanlar daha çox kənd təsərrüfatı ilə məşğul olur. Lakin bir çox halda insanlar torpaqdan soyuyurlar. Bu, dünyanın bir çox yerlərində baş verir. Yaxşı olar ki, ayır-ayrı insanlara özünüməşğulluq proqramına qoşulmaq təklif olunsun, bu təkliflərin sayı artsın”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
Deputat Lənkəranda seçicilərinin övladlarının beynəlxalq hüquq, gömrük və s. sahəni bitirdiyini, işsiz olduğunu deyir: “Lənkəranda əsas trend kənd təsərrüfatıdır. Lənkəranda neçə gömrük işçisinə ehtiyac ola bilər ki? Təklif edirəm ki, kənd təsərrüfatı ilə bağlı təbliğat kampaniyası daha da gücləndirilsin. Kənd təsərrüfatı hazırda Azərbaycanda inkişaf edir, biz bundan razıyıq. Amma bu işin sürətindən razı deyilik”.