Ümumi 1 Aprel 2021, 18:29 | Baxış sayı: 352
Deputat Fazil Mustafa karantinin sərtləşdirilməsi ilə bağlı münasibət bildirdi.

Yoluxma sayının kəskin artması ilə bağlı məsələlər müzakirə olunmalı və cəmiyyətimiz üçün optimal yol tapılmalıdır.

Bunu Axar.az-a açıqlamasında sərt karantin tədbirlərinin tətbiq edilməsinə ehtiyac olub-olmaması barədə danışan millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, sərt karantinin tətbiq olunması əhalinin yoxsullaşmasına səbəb olacaq:

“Qapanmaya gedilərsə, əhalinin yoxsullaşması daha ciddi səviyyədə olacaq. Bu isə arzulanan hal deyil. Lakin bütün hallarda insanların sağlamlığının təhlükəsizliyini qorumaq üçün tədbirlər görülməlidir. Hesab edirəm ki, bunu nəzarəti gücləndirməklə etmək daha məqsədəuyğun olar. Çünki qapanmalar böyük problem yaradır. Elə etməliyik ki, insanlar bu tədbirlərə görə hər hansı şəkildə sıxıntı yaşamasın”.

Millət vəkili onu da qeyd edib ki, vətəndaşlar da karantin davranış qaydalarına əməl etməlidir, əks halda nəzarətin elə də yüksək nəticəsi olmayacaq:

“Bu məsələlər nəzarətlə yanaşı əhalinin mədəni səviyyəsi ilə də bağlıdır. Vətəndaşlar xəstəliyə inanmırsa, polisi görəndə maska taxacaqsa, cərimə olunmamaq üçün qaydalara əməl edəcəksə, polis nəzarətinin burada heç bir nəticəsi olmaz”.

Xəbərlər