Plenar iclaslar 11 İyun 2021, 11:17 | Baxış sayı: 201
Deputat: “Bir din xadiminin Azərbaycan xalqının qətlə yetirilməsinə sevinməsi və bunu davamlı olaraq təbliğ etməsi pislənməlidir".

“Bütün dinlər insanları sülhə, birgəyaşayışa çağırır, amma Erməni kilsəsi bunu etmir. Ermənistandan fərqli olaraq Azərbaycanda müxtəlif dinləri təbliğ edən kilsələr, sinaqoqlar fəaliyyət göstərir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, erməni kilsəsinin bu fəaliyyəti dünyadakı dini mərkəzlər tərəfindən də pislənməlidir: “Bir din xadiminin Azərbaycan xalqının qətlə yetirilməsinə sevinməsi və bunu davamlı olaraq təbliğ etməsi pislənməlidir. Biz son hadisələrlə bağlı beynəlxalq dini təşkilatlardan da gözləyirik ki, erməni din xadiminin səfərini pisləsinlər. Bu kimi addımlar pislənmədiyi təqdirdə, qarşısı alınmadığı təqdirdə erməni tərəfi yeni revanşist addımlarla çıxış edirlər”.

Xəbərlər