Deputat Arzu Nağıyev şəhid ailələri ilə görüşüb
Milli Məclisin deputatı Arzu Nağıyev deyir ki, şəhid ailələrinin ən həssas vətəndaş qrupu olması dövlətin hər zaman diqqətindədir.
Milli Məclisin deputatı Arzu Nağıyevin təşəbbüsü ilə “Əsgərə xatirə kitabı” layihəsi komandası və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları ilə birlikdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə bir sıra kəndlərdə şəhid ailələri və qazilərlə görüşlər keçirilib.
Bununla bağlı Sputnik Azərbaycan-a danışan millət vəkili Arzu Nağıyev deyib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi başa çatmasında şəhidlərimizin və qazilərimizin rolu danılmazdır:
“Hər kəsə bəllidir ki, ölkə rəhbərliyi tərəfindən həm şəhid ailələrinin, həm də qazilərimizin problemlərinin həll edilməsi üçün yüksək qayğı göstərilir. Şəhid ailələrinin ən həssas vətəndaş qrupu olması dövlətin hər zaman diqqətindədir. Buna görə də vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq hər kəs onların yanında olmalıdır”.