Plenar iclaslar 2 İyul 2021, 14:13 | Baxış sayı: 371
Deputat ailə məhkəmələrinin qurulmasını təklif edib.

“Ailə məhkəmələri qurulmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, nikah müqaviləsi məcburi xarakter daşımalıdır: “Bizdə nikah müqavilələrinin sayı çox azdır. Ailə institutu qorunmalıdır. Problemin çözülməsi birbaşa ailənin qurulmasından başlanmalıdır. Nikah müqaviləsinin imzalanması utandırıcı hal kimi qəbul edilməməlidir. Yaxşı olar ki, Ədliyyə Nazirliyinin müvafiq qurumu il ərzində neçə nikah müqaviləsi bağlandığını araşdırsın. Nikah müqaviləsi bağlayanlardan neçəsi boşanıb, bu statistika araşdırılmalıdır”.

Xəbərlər