Milli Məclis 26 Yanvar 2023, 18:46 | Baxış sayı: 267
"Parlament seçkiləri tam demokratik, ədalətli, azad və şəffaf keçirilib"

Parlament seçkiləri tam demokratik, ədalətli, azad və şəffaf keçirilib

2020-ci ilin fevralın 9-da keçirilən Parlament seçkiləri tam demokratik, ədalətli, azad və şəffaf keçirilib. Seçkilərdə iştirak edən bütün beynəlxalq təşkilatlar, o cümlədən, Exit-poll müstəqil müşahidə qrupu tərəfindən aparılan monitorinqlər də seçkilərin obyektiv, demokratik keçirildiyini və azad seçki üçün bütün şəraitin yaradıldığını təsdiq edib.

Bütün bu faktlar bir daha 2020-ci ilin fevralın 9-da keçirilən Parlament seçkilərinin şəffaf və demokratik olması reallığını ortaya qoymuş olur. Hansısa bir deputatın dırnaqarası müsahibəsi bu reallığa kölgə sala bilməz. Bu cür mənasız müsahibələr yalnız və yalnız vaxt itkisidir və seçkidə iştirak edən seçicilərə qarşı hörmətsizlikdir. Reytinq xatirinə bu cür cılız yollara əl atmaqdansa faydalı işlərlə məşğul olmaq daha yaxşı olardı.

Xəbərlər