Plenar iclaslar 23 İyun 2023, 15:38 | Baxış sayı: 226
"Əhalinin sığorta ilə bağlı maarifləndirilməsinə ciddi ehtiyac var"

Azərbaycanda əhalinin sığorta ilə bağlı maarifləndirilməsinə ciddi ehtiyac var.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva bildirib.

"Bazarın inkişafına mane olan digər amil sığorta şirkətlərinin böyük əksəriyyətinin banklardan asılı olmasıdır. Yaxşı olardı ki, bu asılılığın aradan qaldırılması istiqamətində tədbirlər görülsün. Eyni zamanda, sığorta şirkətlərinin hesabatlılıq səviyyəsi çox aşağıdır. Yaxşı olardı ki, şirkətlər fəaliyyətləri, o cümlədən ödənişləri barədə cəmiyyətə mütəmadi məlumat versin", - deyə o qeyd edib.

Xəbərlər