Siyasət 14 Sentyabr 2023, 22:45 | Baxış sayı: 70
"Ədalət qələbə çalır"

Ağdam - Xankəndi yolunun açılması göstərir ki, Qarabağda yuva quran erməni separatçıları məhvə məhkumdular və onların sonu çatmışdır. Təcavüzkarlar silahı yerə qoymalı, təslim olmalı, etdikləri əmələ görə cavab verməlidirlər. Çünki onlar üçün illər nəinki azərbaycanlılara, Qarabağın dinc erməni sakinlərinə də zülm etmişlər, onları əsr, qul kimi saxlamışlar.
                                
Əvvəllər Laçın sərhəd buraxılış məntəqəsinin yaradılmasına qəti etirazlarını bildirən və Ağdam - Xankəndi yolunun açılmasının mümkün olmamasını bildirən separatçılar artıq mat vəziyyətindədilər, susurlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti nəticəsində Laçın dəhlizindən yüklərin daşınmasına razılığın verilməməsini  görüb beynəlxalq aləmdə şou yaradan, ermənilərin blokadada olduğunu, acından öldüklərini dünyaya car çəkən, Azərbaycandan və Rusiyadan göndərilən yüklərin qarşısını kəsən silahlı quldurlar nəhayət geri çəkilməyə məcbur edildilər. Nəhayət ki, 30 ildən sonra Ağdam - Xankəndi yolu açıldı. Rusiya tərəfindən Qarabağ İqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarını ödəmək üçün ərzaq dolu maşınlar Ağdam - Əsgəran yolu ilə Xankəndinə yola düşdü və ərzaq mənzilə çatdırıldı.
                                    
Rusiyadan gələn Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yardımının Ağdam - Xankəndi yolu ilə erməni sakinlərinə çatdırılması Fransa və Ermənistanın Laçın dəhlizinin açılması, “aclıq”, “blokada”, “genosid” haqqında fikirlərinə və siyasi soylarına bir zərbə oldu və mənfur niyyətləri alt - üst etdi.                                 

Həm də yüklərin Ağdam - Xankəndi yolu ilə çatdırılması göstərdi ki, bu yol nəqliyyatın hərəkəti üçün daha əlverişli, rahat və istifadə üçün daha yaxşı imkanlara malikdir.                                
Ağdam - Xankəndi yolunun açılması Azərbaycanın Ermənistan üzərində yeni bir qələbəsidir və sözsüz ki, bu qələbələrin sayı gündən - günə artacaqdır. Əldə olunan hər bir qələbə xalqımızı sevindirir və qürurlandırır.

demokrat.az

Xəbərlər