"Çoxuşaqlı ailələrin özünü müəyyən eləməkdə çətinliklər var".
Azərbaycanda çoxuşaqlı valideynlər üçün hansı güzəştlərin olması, Azərbaycanda neçə uşağı olan ailənin çoxuşaqlı ailə sayılması ilə bağlı deputat Fazil Mustafa "Cebhe.info"ya danışıb. O deyib ki, çoxuşaqlı ailələri müəyyən etməkdə çətinliklər var:
“Azərbyacnda əvvəllər 11 uşaqlı ailələr çoxuşaqlı ailə hesab olunurdu. Bütövlükdə, Azərbaycanda orta ailələrin uşaqları minimum 4 nəfərdən ibarət olurdu, amma indi 2 nəfəri keçmir. Ona görə də bu mövzuda sıxıntı var. Çoxuşaqlı ailələrin özünü müəyyən eləməkdə çətinliklər var. Çünki ictimai nəqliyyatdan istifadə edəndə hansısa tanıtım olmalıdır ki, bunu biləsən. Rusiyada bunu hansı formada edirlər, onu araşdırmaq lazımdır. Məsələn, bizdə bu məsələ mürəkkəbdir. Bizdə əvvəllər çoxuşaqlı ailə modeli var idi, indi konkret olaraq, həm o sayda uşaq yoxdur, həm də konkret belə bir tanıtım da populyar deyil”.
Bir neçə il öncə analar təqaüdə çıxanda uşaq sayı nəzərə alınırdı. “İndi də belə bir güzəşt tətbiq oluna bilərmi?” sualına millət vəkili bu cür cavab verib:
“Əslində, indi də bu olmalıdır. Bizdə bu məsələdə güzəştlər nəzərdə tutulmayıb. Amma əslində bu güzəştlər nəzərə alınmalıdır”.