KOMİTƏ İCLASLARI 11 Noyabr 2022, 14:30 | Baxış sayı: 291
"Çəkdiyimiz filmlərə ancaq özümüz baxırıq"

“Qələbəmizlə bağlı “Hollywood” səviyyəsində, böyük büdcəsi olan film çəkmək lazımdır. Hazırda filmlər çəkilir, lakin özümüz çəkirik, özümüz də baxırıq”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Vüqar İsgəndərli bildirib.

“Lakin dünya səviyyəli filmlər çəkilməlidir. Çünki Qarabağı hazırda bərpa edirik, həmin təbii mənzərə sonra alınmayacaq. Bu, təxirəsalınmaz, “Hollywood” rejissorları və redaktorları ilə birgə çox böyük büdcəsi olan məsələdir. Büdcədə səxavətli olmalıyıq. Dünya səviyyəsinə çıxmaq üçün bu, çox vacibdir. Ermənilər bununla bağlı bir neçə film çəkiblər və “Hollywood” səviyyəsində bu filmləri göstərirlər. Yalan, riyakarlıq üzərində qursa da, çox təəssüf ki, bu, bugünkü faktdır”, - deyə deputat bildirib.

Mənbə: apa.az

Xəbərlər