KOMİTƏ İCLASLARI 12 İyun 2023, 15:01 | Baxış sayı: 86
"Camaat taksiyə vərdiş edib, hamını maraqlandıran qiymətlərin nə qədər qalxacağıdır"

“Nəqliyyat məsələsində böyük problemlər var, həlli üçün tezliklə dəyişikliklər edilməli idi”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, 5 aqreqator həqiqətən ölkədə hökmranlıq edir: “İçkili, hallı sürücülərdən vətəndaşlar şikayət edirdilər. Camaat hamısı artıq taksiyə vərdiş edib. Hamını maraqlandıran qiymətlərin nə qədər qalxacağıdır. Başa düşürük, inflyasiya var. Amma başa düşürəm ki, qiymətlərdə artım olacaq. Bizim keçmiş BNA var idi. Mən çalışırdım ki, onlarla təkliflər verim”.

Deputat haqlı rəqabət olmasını təklif edib: “Biz Bakını Tiflislə müqayisə edə bilmərik. Bakıda böyük avtovağzal var, amma kənarda sərnişin daşıyan avtobuslar da var. Avtovağzaldan çıxan avtobuslar sərnişini gedəcəyi yerə 2,5 saata aparırsa, onlar avtovağzaldakılardan tez – 1,5 saata sərnişin aparırlar. Amma qiymətləri avtovağzaldakından 25 -30 % çoxdur, maşınları da it günündə. Təklif edirəm ki, onlar da işləsin, amma dövlətə vergi versin, rəqabət mühiti artsın. Bizdə ümumi taksilər üçün qaynar xətt olması yaxşı olar”.

Mənbə : APA

Xəbərlər