Bəzi xarici donorlar qrantları məhz siyasi motivi ilə seçilən QHT-lərə verir. Bu, səlahiyyətdən şəxsi mənfəət üçün sui-istifadədir. Yəni, korrupsiyadır".
"Demokratiyanın effektiv icrası üçün ictimai etimadın vacib şərtlərindən biri də siyasi partiyaların maliyyə şəffaflığı və siyasətçilərin dürüstlüyüdür."
Bunu AŞPA-nın yaz sessiyasında deputat Kamal Cəfərov deyib. ""Avropa Şurası korrupsiyaya qarşı" dövlətlər qrupunun 2017-ci il hesabatında qeyd edilir ki, Fransada siyasi partiyaların maliyyələşdirməsinə nəzarətlə bağlı bəzi problemlər hələ də mövcüddur. Bu o deməkdir ki, mükəmməl bir sistem yoxdur".
O qeyd edib ki, hətta təcrübəli demokratiya sistemlərinin də zəif tərəfləri var. "Ona görə də AŞPA-nın plenar iclaslarında daim eyni ölkələri tənqid etməkdən çəkinməli, əksinə bir birimizdən müsbət təcrübələri öyrənməyə çalışmalıyıq".
Deputat bildirib ki, bu tövsiyyələr, şübhəsiz ki, ayrı-ayrı hökümətlərin məsuliyyətidir. "Ancaq bu təkcə hökümətlərin məsuliyyəti da deyil. Şəffaflıq bizdən və təmsil etdiyimiz partiyalardan başlayır. Bəzi qeyri-hökümət təşkilatları xarici qrantları siyasi məqsədlərə istifadə etmək üçün alır və ya bəzi xarici donorları da qrantları məhz siyasi motivi ilə seçilən qeyri-hökumət təşkilatlarına verir. Bu, səlahiyyətdən şəxsi mənfəət üçün sui-istifadədir. Yəni, korrupsiyadır".