“Bəxtiyar Hacıyevlə bağlı məsələlərin hər biri ciddi şəkildə araşdırılmalıdır"
"Təbii ki, Bəxtiyar Hacıyevlə bağlı məsələlərin hər biri ciddi şəkildə araşdırılmalıdır. Bilirsiniz ki, konkret fakt əsasında sözü gedən şəxs həbs olunub. Bununla bağlı, hazırda hüquq-mühafizə orqanları iş aparır. Hesab edirəm ki, məhkəmə nəticəsində bu məsələyə hüquqi qiymət veriləcək".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat qeyd edib ki, məhkəmənin qərarı gözlənilməlidir:
"Bütün faktlar sübut olunduqdan sonra bu məsələyə münasibət bildirilə bilər. Ümumiyyətlə, sözügedən şəxslə bağlı qanuni olaraq müəyyən müzakirələr aparılıb və müxtəlif yanaşmaları görmüşük. Ona görə hesab edirəm ki, biz məsələyə daha çox istintaqa, həyata keçirilən tədbirlərə mane olmamaq üçün araşdırma başa çatdıqdan sonra münasibət bildirə bilərik".