Plenar iclaslar 25 Noyabr 2022, 12:34 | Baxış sayı: 127
“Bu xəstəliyin müalicəsi üçün 2 milyon dollardan çox vəsait tələb olunur”

Deputat Elşad Mirbəşir Milli Məclisdəki büdcə müzakirələri zaman diqqətdən kənarda qalan bir problemdən bəhs etdi. “Bu ilin dövlət büdcəsindən səhiyyə xərclərinə 1,9 milyard manat vəsait ayrılıb, bu da ötən illə müqayisədə 11 faiz çoxdur”-deyən deputat bildirdi ki, onun burada diqqət çəkəcəyi mövzu fərqlidir: “SMA xəstələrinə dövlət tərəfindən diqqət olmalıdır. Hazırda Azərbaycanda 28 uşaqda bu xəstəlik mövcuddur. Hökumət üzvləri də buradadır, mən onlardan bu məsələyə diqqət yetirmələrini istəyirəm. Bu xəstəliyin müalicəsi üçün 2 milyon dollardan çox vəsait tələb olunur. Bunun ödənilməsi çox çətindir”.

E.Mirbəşir xəstə uşaqların müalicə xərclərinin dövlət tərəfindən qarşılanması zərurətindən bəhs etdi.

Xəbərlər