Cəmiyyət 6 Dekabr 2021, 13:31 | Baxış sayı: 373
“Bu simvolu hara gəldi, necə gəldi vurmaq olmaz".

Bundan sui-istifadə doğru deyil

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva Modern.az-a açıqlamasında bildirib ki, Xarıbülbül bizim üçün əhəmiyyətli bir milli atributdur.

Onun sözlərinə görə, Xarıbülbül 44 günlük Vətən müharibəsindən sonra müqəddəsləşdi.
“Xarıbülblün döş nişanı, bəzək əşyalarında istifadə olunması adət halını alıb. Amma hər şeyin də bir sərhədi var və bundan sui-istifadə doğru deyil”.

Deputat qeyd edib ki, bayraq, gerb, şəhidlərimizin rəsmi bizlər üçün necə müqəddəsdirsə, Xarıbülbül də eynidir.
“Bu simvolu hara gəldi, necə gəldi vurmaq olmaz. Bəzən görürük ki, istehsal olunan hansısa qida əşyasının üzərində şəhidlərimizin fotosu vurulub, sonradan tullantı kimi istifadə edilir. Eyni zamanda Xarıbülbül nişanımızın da həddindən artıq ucuzlaşdırılması doğru deyil. Bu bizim milli ruhumuzun, mənəviyyatımızın, müstəqilliyimizin, Qarabağımızın, Şuşamızın timsalıdır. Onun uğrunda minlərlə gəncimiz canından, sağlamlığından keçib. Onlar bu torpaqlar və rəmzlərimiz uğrunda canlarını qurban veriblər. Ona görə də bunu birmənalı olaraq bəsitləşdirmək, ucuzlaşdırmaq olmaz”.

Xəbərlər