Ümumi, KOMİTƏ İCLASLARI 30 Avqust 2021, 13:47 | Baxış sayı: 356
“Bu sessiyada da hərbi qulluqçular, azad olunmuş ərazilərlə bağlı müəyyən yeni layihələr və ya mövcud qanunlara dəyişikliklər ola bilər”.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sentyabrın 1-dən işə başlayacaq Bu barədə deputat Arzu Nağıyev  Modern.az-a bildirib:

“Üzvü olduğum Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sentyabr ayının 1-dən yeni sessiya üçün planlama iclaslarına başlayır. İlkin planlama iclaslarında biz payız sessiyasında gündəmə gətirməli olduğumuz məsələləri, hazırlanacaq yeni qanun layihələrini götür-qoy edəcəyik. Hazırda konkret olaraq, hansı qanunların müzakirəyə çıxarılacağı, hazırlanacağı məlum deyil”.

Bununla yanaşı, Arzu Nağıyev onu da əlavə edib ki, ümumi gedişata nəzər saldıqda ölkənin aktual məsələlərinə uyğun olaraq bəzi məqamların müzakirəsi qaçılmazdır:

“Bu sessiyada da hərbi qulluqçular, azad olunmuş ərazilərlə bağlı müəyyən yeni layihələr və ya mövcud qanunlara dəyişikliklər ola bilər”.

Xəbərlər