İqtisadiyyat 28 İyul 2021, 14:16 | Baxış sayı: 294
"Bu ilin birinci yarısının nəticələri bir sıra sahələrdə iqtisadiyyatın bərpası üzrə optimist əsaslar yaradır".

“Azərbaycan iqtisadiyyatı resessiyadan çıxdı.Bu ilin birinci yarısının nəticələri bir sıra sahələrdə iqtisadiyyatın bərpası üzrə optimist əsaslar yaradır.Amma  iqtisadi artımın yavaşımış trayektoriyasından sürətlənmiş trayektoriyasına keçidi tezləşdirməkdən və ona davamlı xarakter verib əhalinin güzəranının yaxşılaşdırımasının iqtisadi əsaslarını möhkəmləndirməkdən   ötrü ölkə iqtisadiyyatında mövcud olan bir sıra ciddi problemlərin həllini sürətləndirmək lazımdır.”

Bunu Moderator.az-a açıqlamasında milllət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Dövlət Statistika Komitəsinin 2021-ci ilin birinci yarısında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair məlumatlarının təhlil edərkən bildirib.

Əli Məsimli xüsusi qeyd edib ki,”2020-ci ilin ortalarına  Azərbaycan iqtisadiyyatı 2,7 faiz,keçən ilin sonuna isə 4,3 faiz kiçilmişdisə və enmə prosesi 2021-ci ilin əvvəllərində də davam etmişdisə,bu ilin ortalarına ÜDM-də 2 faizdən çox artım olub. Bu ilin yanvar-iyun aylarında neft-qaz sektorunda əlavə dəyərin 4,7 faiz azalması fonunda  qeyri neft sektorunda 5,1 faiz artıb baş verib ki, bu əsasda əvvəlki illərdən fərqli olaraq bu il iqtiisadi artm qeyri-neft sektorunun hesabına əldə edilib.” 

Əli Məsimlinin sözlərinə görə “2020-ci ildən fərqli olaraq bu ilin birinci yarısında qapanmalara gedilməməsi və sərt karantin tədbirlərinin tətbiq edilməməsi iqtisadi fəallığı bir qədər artırıb və bir sıra sahələrin müəyyən dərəcədə fəaliyyətinə şərait yaradıb ki, bu da qeyri-neft sektorunda iqtisadi artımın təmin olunmasında mühüm rol oynayıb. İqtisadiyyata və əhaliyə tətbiq olunan məhdudiyyətlərin rasional şəkildə azaldılması, vaksinasiyanın genişləndirilməsi və sair bu kimi tədbirlər hesabına bağlanmış və dayanmış  iş yerlərinin bir hissəsini bərpa etmək, iqtisadi fəallığı artırmaq və bu ilin ikinci yarısında iqtisadi artım templərini bir qədər də artırmaq olar.Beləliklə Azərbaycan iqtisadiyyatı resessiyadan çıxdı.Bu ilin birinci yarısının nəticələri bir sıra sahələrdə iqtisadiyyatın bərpası üzrə optimist əsaslar yaradır.”     

Əli Məsimli bildirib ki “bununla belə  bu ilin sonuna əldə olunacaq iqtisadi və sosial nəticələr pandemiya öncəsi səviyyədən aşağı olacaq və  həm də resessiya vaxtı adambaşına düşən gəlirin azalmasını kompensasiya edə bilməyəcək.Bu prosesin uzanması istehsal və sosial sferalarda problemlərin dərinləşməsinə səbəb ola bilər. Ona görə də əhalisi uzun müddət  hər il orta hesabla 1 faizin,son illər isə 0,5 faiz ətrafında artan Azərbaycan üçün ÜDM-in 2-3 faiz artım tempini mövcud potensialımız və əhalinin güzəranının yaxşılaşdırılmasının iqtisadi əsaslarının genişləndirilməsi  və möhkəmləndirilməsi baxımından məqbul hesab etmək olmaz.” Əli Məsimli əlavə edib ki,”pandemiya nəticəsində  Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunun aşağı düşməsi prosesi bu il də davam edir.  Sərmayə qoyuluşu 2020-ci ildə 17 milyard manat və ya ÜDM-in 23,5 faizi səviyyəsində olub. 2021-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına 6 milyard manata yaxın  sərmayə qoyulub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 7,6 faiz azdır. Eyni zamanda bu rəqəm həm də ÜDM-in 15 faizi səviyyəsindədir ki,sərmayələrdən istifadənin keyfiyyətinin hazırkı şəraitində bununla iqtisadi artımın sürətləndirilməsinə nail olmaq olmaz.O da məlum məsələdir ki, sərmayə qoyuluşunun mütləq və nisbi göstəricisinin bu dərəcədə  azalması şəraitində iqtisadi artım templərini sürətləndirmək mümkün olmadığı kimi, həm də  dayanıqlı iqtisadi artımı təmin etmək mümkün deyil. Sərmayə qoyuluşun strukturu da müasir çağırışlara cavab vermir,sərmayələrin üçdə iki hissəsi tikinti-quraşdırmqa işlərinə, 12 faizi isə maşın və avadanlığa yönəldilir.Sözügedən dövr ərzində iqtisadiyyatlmız birbaşa sərmayə qoyuluçu da 6 faizə qədər azalıb.Hazırda xarici şirkətlər daha çox dövlət sərmayələri hesabına layihələrin reallaşdırılmasında iştirak edirlər. Məlumdur ki, bütün cəhətlərdən,o cümlədən nəticəlilik baxımından xarici birbaşa investisiyalar və xarici şirkətlərin dövlət investisiya layihələrində iştirakı fərqli şeylərdir. Eyni zamanda qeyri-neft ixracının artım tempi yüksəldə də,onun hazırkı  səviyyəsini də məqbul hesab etmək olmaz. Azərbaycanın qeyri-neft ixracı ümumi ixracımızın cəmi 12 faizini təşkil edir.

Əli Məsimli hesab edir ki, Azərbaycanda iqtisadi artımın yavaşımış trayektoriyasından sürətlənmiş trayektoriyasına keçidi tezləşdirməkdən və ona davamlı xarakter verib əhalinin güzəranının yaxşılaşdırımlasının iqtisadi əsaslarını möhkəmləndirməkdən   ötrü ölkə iqtisadiyyatında mövcud olan bir sıra ciddi problemlərin həllini sürətləndirmək lazımdır.Onların arasında “Qarabağa Böyük Qayıdışın” potensil imkanları və digər məqamlarını da nəzərə almaqla,neft amilinin dominant roluna əsaslanan iqtisadi inkişaf modelindən insan amilinin prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinə keçidin sürətləndirilməsinə yönəlik islahatların dərinləşdirilməsi, xüsusən də  struktur islahatları, institutsional dəyişikliklər,iqtisadiyyatın şaxələnmənin dərinləşməsi, iqtisadi azadlıqların genişləndirilməsi,modernləşmə və innovativ təşəbbüslərə geniş meydan verilməsi sahəsində əsaslı tədbirlərin optimal müddətdə reallaşdırılmasının təmin edilməsi; və başqa iqtisadi tədbirlərin həyata keçirilməsi məsələsi xüsusi yer tutur.

Xəbərlər