Cəmiyyət 30 Oktyabr 2023, 16:39 | Baxış sayı: 153
“Bu, humanist addım olar”

Deputat Tahir Kərimli Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib ki, bəzi hallarda erkən yaşda nikaha icazə verilməlidir.  

“Elə olur ki, ata xərçəng xəstəsidir. Ömrünə az qalıb. Niyə onun övladına 17 yaşında evlənməsinə icazə verilməsin? Valideyn nə üçün övladının şad gününü görməsin? Bu tip situasiyalarda erkən yaşda nikaha icazə verilməlidir deyə düşünürəm”, - o əlavə edib.

Məsələyə deputat Rüfət Quliyev də açıqlamasında münasibət bildirib:



“Düşünürəm ki, bu, humanist addım olar. İstisna hallarda 17 yaşda nikaha icazə verilməsi normal haldır. Lakin bu kimi hallar həkimlər tərəfindən təsdiqlənməlidir”.

Xəbərlər