Plenar iclaslar 23 İyun 2023, 15:17 | Baxış sayı: 89
"Bu gün Gədəbəydə baş verən hadisələrin fonunda dövlətə qarşı böyük aksiyanın qarşısı alınıb və heç bir təhlükə yoxdur”

“Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin dediklərində də həqiqət var”.

Demokrat.az 
“Report”a istinadla xəbər verir ki, bunu 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bugünkü iclasında deyib.

O bildirib ki, problemi bu qədər böyütmək lazım deyildi: 

“Biz bu məsələdə sadə xalqdan istifadə edildi deyə bilərik. Ölkə xaricində yaşayanlar və daxilində olan koordinatları bu hadisədən öz məqsədləri üçün istifadə etdilər. Jurnalistlərin və digər şəxslərin işləri araşdırılmalıdır. Bu gün Gədəbəydə baş verən hadisələrin fonunda dövlətə qarşı böyük aksiyanın qarşısı alınıb və heç bir təhlükə yoxdur”.

Xəbərlər