Plenar iclaslar 30 Sentyabr 2021, 12:14 | Baxış sayı: 229
Bu gün Azərbaycan Milli Məclisinin payız sessiyası başlayır.

Bu gün Azərbaycan Milli Məclisinin payız sessiyası başlayır.

APA xəbər verir ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası bu gün saat 11:00-da keçiriləcək.

Parlamentin payız sessiyasının ilk plenar iclasında Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisinin Bəyanatı qəbul ediləcək.

Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planına 12 məsələnin daxil olacağı gözlənilir.

Qanunvericilik işləri planına aşağıdakılar daxildir:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;

3. Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;

4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

6. “Lombardlar haqqında” qanun layihəsi;

7. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

8. “Ali təhsil haqqında” qanun layihəsi;

9. “Turizm haqqında” qanun layihəsi;

10. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

11. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi;

12. Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

Xəbərlər