Ümumi 26 Mart 2023, 17:01 | Baxış sayı: 142
“Bu formada şəxsi əşyaların aşkarlanması, şəklinin çəkilib paylaşılması doğru deyil”

Milli Məclisin deputatı Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsinin vətəndaşın gömrük orqanına bəyan edilməyən brend geyim əşyalarının aşkar olunması ilə bağlı yaydığı məlumata görə tənqid edilməsinə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, dövlət qurumları məlumat yayarkən çox diqqətli olmalıdırlar.

 

C.Məmmədov qeyd edib ki, hansısa məlumatların yayılması zamanı bu kimi nüanslar ciddi şəkildə nəzərə alınmalıdır: “Burada söhbət həm də vətəndaşları maraqlandıran, onları düşündürən məsələlərdən gedir. Bu formada şəxsi əşyaların aşkarlanması, şəklinin çəkilib paylaşılması doğru deyil. Bu, ya anlaşılmazlıqdan, ya da diqqətsizlikdən olub. Aidiyyəti qurumlar belə məsələlərdə daha diqqətli olmalıdırlar ki, sonrakı mərhələdə bu cür müzakirələr aparılmasın. Bir sıra hallarda bu cür müzakirələr digər qonşu dövlətlərin də diqqətini çəkmiş olur. Hansısa dəqiq məlumat varsa, məsələ araşdırılmalıdır. Məlumatların dəqiqləşdirilməsi və araşdırılması üçün hazırda texniki imkanlar kifayət qədər yüksəkdir. Bu kimi addımları atarkən xüsusi həssaslığın nümayiş etdirilməsi önəmlidir”.

Xəbərlər