İqtisadiyyat 12 Aprel 2023, 14:38 | Baxış sayı: 166
“Bölgələrdə otellər təşkil olunmalı və qiymətləri nəzarətdə saxlanılmalıdır”

"Koronavirus pandemiyasından sonra vətəndaşlarımız Azərbaycanın bölgələrində istirahət etməyə daha çox önəm verirlər. Təbii ki, ölkəmizdə turizm məkanları insanların bütün təbəqələri üçün əlçatan və  əlverişli olmalıdır. Hesab edirəm ki, Dövlət Turizm Agentliyi otellərin,  yeməkxanaların, nəqliyyat vasitələrinin qiymətlərini nəzarətdə saxlamalıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. 

Deputat qeyd edib ki, həm xarici ölkələrdən gələnlər, həm də ölkə vətəndaşları rahat şəkildə ailəvi istirahət edə bilməlidir:

"Hesab edirəm ki, bölgələrdə otellər təşkil olunmalı və onların qiyməti nəzarətdə saxlanılmalıdır.  Ümid edirəm ki, Dövlət Turizm Agentliyi bunların hər birini nəzarətdə saxlayacaq. Agentlik insanların rahat şəkildə istirahəti üçün xüsusi diqqət və qayğı göstərilməlidir".

Xəbərlər