"BNA güzəştə getməlidir, ucdantutma hər kəsə cərimə yazmaq olmaz!"
Cəmiyyət
16 May 2022, 13:51 | Baxış sayı:
281
“Minlərlə insan Bakı Marafonuna qatılmaq üçün Bayraq meydanına gəlmişdi. Ərazidəki maşın dayanacağı məhdud sayda avtomobil qəbul etdiyi üçün marafon iştirakçıları avtomobillərini yol kənarında park etməyə məcbur idilər. Yol kənarı park edilən avtomobillərin sayı bəlkə də 200-dən artıq idi. Bu cür tədbirlərdə düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi güzəştə getməlidir, ucdantutma hər kəsə cərimə yazmaq olmaz!”
Pravda.az-ın xəbərinə görə, bunu deputat Müşfiq Cəfərov bildirib.
“Nəzərə almaq lazımdır ki, ərazidə hərəkət məhdudlaşdırılmışdı və insanlar marafona qatılmaq üçün çıxılmaz vəziyyətdə qalaraq avtomobillərini yol kənarında saxlamalı olublar” – M.Cəfərov qeyd edib.