Cəmiyyət 19 Noyabr 2021, 18:47 | Baxış sayı: 286
"Bizim o əməkhaqqı ilə ev almağımız reallığı əks etdirmir".

Kirayə qalan deputatların siyahısına Müşfiq Cəfərov da var.

Millət vəkili Müşfiq Cəfərov kirayə qalmasının səbəbini belə açıqlayıb:

“Hazırda ailəmlə Gəncədə yaşayıram. Təbii ki, işlə əlaqədar tez-tez Bakıya səfər edirəm. Bakıda da evim olmadığı üçün Milli Məclisə kirayə pulu üçün müraciət etmişəm. Seçildiyim gündən aidiyyəti qurumlar tərəfindən evimizin olmadığını təsdiq edən arayış əsasında kirayə haqqı ödənilir”.

M. Cəfərov deyib ki, mənzillərin qiymətləri baha olduğundan kirayədə qalmağa məcbur olub:

“Bizim o əməkhaqqı ilə ev almağımız reallığı əks etdirmir. Buna görə də o barədə heç düşünmürəm. Sosial şəbəkələrdə yayılır ki, guya, deputatlar 5000-7000 maaş alır. Bu həqiqəti əks etdirmir. Millət vəkilləri 1500-1700 manat maaş alırlar.

Əlbəttə, müharibədən çıxmış ölkəyik. Bu gün işğaldan azad edilmiş torpaqların yenidənqurma və bərpası haqqında əməli işlər görülür. Tezliklə həmin ərazilərin bərpasını və keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmalarını arzulayırıq. Bu məsələlər öz həllini tapandan sonra ev məsələmiz də öz həllini tapar”.

Siyahıda olan digər millət vəkili Naqif Həmzəyev isə bu məsələylə bağlı danışmaq istəmədiyini bildirib.

Xəbərlər