Plenar iclaslar 17 Noyabr 2021, 13:47 | Baxış sayı: 231
"Bizi inkişaf qane edir, amma inkişafın templəri şəxsən məni qane etmir".

“Bizim istər 2021-ci ildə, istərsə də 2022-ci il üçün büdcəmiz dayanıqlı iqtisadiyyatımız olduğunun göstəricisidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Deputat bildirib ki, qüdrətli iqtisadiyyat olanda sosial problemlər də öz həllini tapır: “Bu gün ən böyük problem, daha çox regionlarda olan problem işsizliklə bağlıdır. İşsizlik ümumiyyətlə, bazar tipli iqtisadiyyatın bəlasıdır. Bunun bir tərəfi işsizlikdir, digər tərəfi inflyasiyadır. Bu, labüd prosesdir. İlk olaraq biz qeyri-neft sektorunu inkişaf etdirməliyik. Bizi inkişaf qane edir, amma inkişafın templəri şəxsən məni qane etmir. Regionlarda insanlar əkib-becərir, meyvə-tərəvəzçiliklə məşğul olur, amma bunun satış problemləri var. Bizdə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti var, regionlardakı vətəndaşlardan o məhsulu almalıdır. Cəmiyyət bu məhsulu alsa, işsizlik aradan qalxa bilər. Bu “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti regionlarda insanlarla birbaşa işləmir. Bu insanları işə cəlb etmək lazımdır. Burada şəhid ailələri və qazilərə xüsusi diqqət yetirmək azımdır”.

Xəbərlər