Plenar iclaslar, Qanun Layihələri 27 Dekabr 2022, 13:02 | Baxış sayı: 300
"Bizdə deputatların qanunvericilik təşəbbüsü ilə çıxış etməsi yox səviyyəsindədir"

“Deputatın qanunvericilik təşəbbüsü hüququnu konstitusion hüquq kimi ayırmaq lazımdır. Digərlərinə tətbiq edilən şərtlər deputata tətbiq edilməməlidir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu, dünya təcrübəsində də belədir: “Deputatlar qanun layihələri təklifi ilə çıxış etməlidir. Onun geriçevrilmə mexanizmi isə müəyyən qurum tərəfindən edilməlidir. Türkiyə TBMM-də deputatlar elə layihələr təqdim edirlər ki, bəlkə də bunlar heç lazım deyil. Amma onlar bu təşəbbüslə çıxış edə bilirlər. Bizdə isə deputatların qanunvericilik təşəbbüsü ilə çıxış etməsi, demək olar ki, yox səviyyəsindədir. Bu, belə olmamalıdır. Deputat hazırladığı layihəni qurumlarla razılaşdırmamalıdır. Layihəyə rəyi ən azından Milli Məclisin komitələri və ya şöbələri almalıdır”.

Xəbərlər