Plenar iclaslar 23 Noyabr 2021, 14:58 | Baxış sayı: 323
"Biz başa düşürük ki, islahatlar getməlidir, amma ixtisarların kütləvi hal alması var, buna yol vermək olmaz".

“Gələn ilin büdcəsi Qarabağın dirçəlişinə, Böyük Qayıdışa və sosial rifaha xidmət edən büdcədir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin və Mehriban Əliyevanın bilavasitə diqqəti sayəsində ölkədə yeni iş yerləri yaradılır: “İşsizliyin aradan qaldırılması üçün addımlar atılır. Amma bütövlükdə bütün strukturlarda kütləvi ixtisarlar gedir, yüzlərlə insan ixtisara düşür. Biz başa düşürük ki, islahatlar getməlidir, amma ixtisarların kütləvi hal alması var, buna yol vermək olmaz. Biz qazilərimizin, şəhid və qazi ailələrinin işsizliyinin aradan qaldırılması ilə məşğul oluruq, indi bu problem də ortaya çıxıb”.

Xəbərlər