"Biz azərbaycanlılarla ermənilərin dinc şəkildə yaşamasının tərəfdarıyıq"
Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Ramil Həsən azərbaycanlılar və ermənilərin dinc şəkildə yaşamasının tərəfdarı olduqlarını bildirib.
O, bunu dekabrın 5-də Bakıda keçirilən "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda beynəlxalq tədbirdə deyib.
Deputatın sözlərinə görə, Qərbi Azərbaycan İcması Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşır: "Etnik azərbaycanlıların geri qayıdışı Ermənistanın ərazi bütövlüyünə xələl gətirmək xarakteri daşımır. Biz evlərimizin və ləyaqətimizin bərpa edilməsini istəyirik. Bu məsələni beynəlxalq hüququn gücü və əməkdaşlıq həll edəcək. Biz Ermənistanın bu missiyanı qəbul etməsini tələb edirik. Biz gələcəkdə azərbaycanlıların və ermənilərin dinc şəkildə yaşamasının tərəfdarıyıq".
report.az