Cəmiyyət 26 Oktyabr 2022, 16:47 | Baxış sayı: 139
"Biz azərbaycanlı kimliyinin boşluqlarını doldurmalıyıq"

"Ermənilər bizə təkcə ərazi zərbəsi vurmayıb, düşüncə zərbəsi də vurub. Biz azərbaycanlı kimliyinin boşluqlarını doldurmalıyıq. Bu gün biz xoşbəxtik ki, Azərbaycanın vizionu olan lideri var”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa "Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan ağıllı siyasət həyata keçirir:

“Azərbaycanda bu gün mərkəzi hakimiyyət güclüdür, yerli hakimiyyət isə yox. Biz bunu fikirləşməliyik. Hesab edirəm ki, güclü hakimiyyətin təməli yerli hakimiyyətin güclü olmasındadır. Azərbaycançılıq ideologiyasının təsir üzərində qurulmasına çalışmalıyıq. Bizim əsas hədəfimiz yanlış istiqamətə getməmək olmalıdır. Biz boşluqları gizlətməklə gələcəyimizə ziyan vura bilərik”.

Mənbə: report.az

Xəbərlər