"Bir sıra icra başçılarının xoşagəlməz hərəkətləri nəticəsində Azərbaycanda otlaq sahələri, kənd təsərrüfatına yararlı torpaqlar azalıb".
“Azərbaycanda su ehtiyatları ilə əlaqədar komissiya yaradılıb. Amma yaxşı olar ki, biz su problemini dərindən təhlil edək”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ziyad Səmədzadə deyib.
Z. Səmədzadə bildirib ki, bir sıra icra başçılarının xoşagəlməz hərəkətləri nəticəsində Azərbaycanda otlaq sahələri, kənd təsərrüfatına yararlı torpaqlar azalıb: “Biz su balansı və məhsulun sus tutumu məsələsinə diqqəti artırmalıyıq. Biz dünyanın bütün ölkələrinin su ehtiyatlarını təhlil edirik, çünki ehtiyatlarımız kənardan gəlir. Biz kənd təsərrüfatını inkişaf etdirməkdən, əkin sahələrini genişləndirməkdən danışırıq. Bizim su ehtiyatlarımız buna imkan verəcək, ya yox?!”.